Home

 

 





Bu layihə son 11 il ərzində Ermənistan, Yerevanda yaşayan Böyük Britaniyalı jurnalist, fotojurnalist və bloqçu Onnik Krikorian tərəfindən hazırlanmışdır. Ənənəvi media üçün məqalələr yazmaqdan və fotoçəkilişlərdən, eləcə də BBC, Al Jazeera English və The Wall Street Journal kimi nəşrlərlə işlərindən başqa o, 2005-ci ildən başlayaraq bloq yazır və Global Voices Online-nın Qafqaz üzrə Regional Redaktoru kimi fəaliyyət göstərir.

O, Thomas de Waal-a Black Garden: Armenia and Azerbaijan Through Peace and War adlı kitabın yazılması üçün aparılan tədqiqat işində yardım göstərmişdir və Londonda yerləşən Frontline Club, həmçinin Osservatorio Balcani e Caucaso adlı online nəşr üçün və öz şəxsi bloqunda siyasət, insan hüquqları və Cənubi Qafqazda yeni mediya haqqında məqalələr yazır. Onu Twitterdə @onewmphoto ünvanında izləmək olar.

Bu layihəyə qoşulmaq və ya layihənin sonrakı mərhələlərində dəstək/yardım göstərmək istəyirsinizsə, onewmphoto@gmail.com elektron ünvanına yaza bilərsiniz. Bu layihənin məqsədləri kimi məqsədləri olan bütün bloqçular, jurnalistlər və fəalçılar layihəyə dəvətlidirlər.





Vüsalə Əlibəyli Azərbaycan mediyasında 4 il iş təcrübəsi olan 23 yaşlı jurnalistdir. O, jurnalist karyerasına 2005-ci ildə “Şərq” qəzetində başlayıb və 2006-cı ildən etibarən Azadlıq Radiosunda reportyor və gənclər haqqında verilişin aparıcısı kimi fəaliyyət göstərir.

2008-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra o, Gürcüstan, Tiflisdə GİPA Jurnalistika Məktəbi və Media Menecmentində təhsilini davam etdirmişdir. Reportyor işinə görə o, iki dəfə - 2006-cı ildə məlumat azadlığı haqqında və 2008-ci ildə Analığın Rifahı Klinikası haqqında yazılarına görə mükafata layiq görülmüşdür .

Onun şəxsi bloqu buradadır və  onu Twitterdə @alibayliv ünvanında izləmək olar. 

 

Arzu Qeybullayeva 2007-ci ildə ESİ-də Azərbaycan üzrə təhlilçi vəzifəsində işləməyə başlayıb. O, Ankaranın Bilkent Universitetində Beynəlxalq Əlaqələr üzrə bakalavr dərəcəsi və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (School of Economics and Political Sciences) Dünya Siyasəti üzrə magistr dərəcəsi üzrə təhsil almışdır. ESİ-də fəaliyyət göstərməzdən qabaq Arzu Oxford Biznes Grupunda tədqiqatçı vəzifəsində işləyib, burada Afrika və Asiya haqqında layihələr üzrə çalışıb və Liviyanın iqtisadiyyat bazarına dair araşdırmanın aparılmasında iştirak etmişdir.

Arzunun maraq dairəsinə mübahisələrin həlli və təhlili, sülh haqqında elmlər, davamlı inkişaf və gender elmləri daxildir. Bu mövzular haqqında o, öz şəxsi bloqunda mütəmadi olaraq yazır.

Onu Twitterdə @arzugeybulla ünvanında izləmək olar.

 


Also special thanks for occasional contributions from Scary Azeri, Ianyan, Global Chaos, Unzipped, Sasun Khachatryan and Zamira Abbasova. Anyone interested in also submitting materials or for further information please contact this site through the email link at the top of the page.

 

 

Xanım Cavadova Gürcüstanda etnik azlıqlar haqqında öz şəxsi layihəsi üzrə işləyən Azərbaycanlı jurnalistdir. O, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdikdən sonra təhsilini Gürcüstan, Tiflisdə GİPA Jurnalistika Məktəbi və Media Menecmentində davam etdirmişdir. GİPA-dan əvvəl Xanım Bakıda Xəzər TV-nın“CNF” prodakşnında reportyor kimi fəaliyyət göstərmişdir. Onun əsas marağı etnik azlıqlarla işləmək və onların səsini daha boyük kütlələrə ötürməkdir.

Onun şəxsi bloqu buradadır və onu Twitterdə @khanim ünvanında izləmək olar.

 

Dodi Xarxeli Dodie Kissie və ya Dodka kimi tanınan 5 il bloq yazan Gürcüstanlı bloqçu və İnternet fəalçısıdır. O, Gürcüstanda Nil2 News “dezinformasiya” satirik bloqunun əsasını qoyub və ilk Gürcüstandakı bloqlar kataloqunun yaradılmasında iştirak etmişdir. O, yeni və sosial mediya, eləcə də online marketing üzrə məsləhətçi və trenerdir.

Onun şəxsi bloqu buradadır və onu Twitterdə @kissie ünvanında izləmək olar.